المدة الزمنية 2:18

Oğuz-Şəki avtomobil yolunda nəhayət ki, yenidənqurma işləri aparılır - Baku TV

بواسطة Baku TV
4 141 مشاهدة
0
130
تم نشره في 2021/07/01

Oğuz-Şəki avtomobil yolunda nəhayət ki, yenidənqurma işləri aparılır - Baku TV Oğuz-Şəki avtomobil yolundan istifadə edənlər aylardır minbir əziyyətə qatlanmalı olublar. Ötən əsrin 70-ci illərində inşa edilən 38,1 km uzunluğa malik olan yolda qışda palçıq, yayda toz-torpaq üzündən hərəkət etmək müşkülə çevrilib. Nəhayət, aylardır sakinlərin həsrətində olduğu və təmirə dayanan yolda yenidənqurma işlərinə başlanılıb. Oğuz-Şəki avtomobil yolunun 31,5 kilometrlik əsas hissəsi ikinci texniki dərəcəyə uyğun yenidən qurulur. Təmir-tikinti işləri ilə yanaşı, yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarları və beton küvetlərin tikintisi aparılır. Qeyd edək ki, əsaslı şəkildə yenidən qurulan avtomobil yolu iki rayonun inzibati ərazisindən keçməklə 10-dan çox yaşayış məntəqəsini birləşdirir. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir. Facebookda səhifəmiz: https://www.facebook.com/www.baku.tv/ https://www.instagram.com/__baku_tv__/ https://baku.tv Kanalda bütün müəllif hüquqları qorunur. #BakuTv #Azerbaycan #trend

الفئة

عرض المزيد

تعليقات - 10